12 Avqust 12:16
3 779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Rusiyanın Kursk vilayətinə qəfil hücumu və ərazilərin sürətlə ələ keçirilməsi Kreml sahibi Vladimir Putini çətin duruma salarkən, ukraynalıların əhval-ruhiyyəsini yüksəldib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Amerika nəşri bildirir ki, indi Ukrayna rəhbərliyi dilemma ilə üz-üzə qalıb - Silahlı Qüvvələrin saxlamağa çalışdığı şərq cəbhəsinə təcili ehtiyac duyulan daha çox qoşun və hərbi texnika göndərməyə dəyərmi?

“Ukrayna cəmi bir neçə gün ərzində Rusiyanın içərisinə doğru onlarla kilometr irəliləyərək düşmənləri, öz vətəndaşları və müttəfiqlərinə göstərdi ki, hələ də döyüşə və düşməninə sarsıdıcı sürprizlər edə bilər. Amma Ukraynanın şərq cəbhəsində canlı qüvvə və hərbi texnika çatışmazlığı yaşandığı üçün bu əməliyyat yüksək risk daşıyır”, - məqalədə deyilir.

Hazırda Kursk əməliyyatının son məqsədi qeyri-müəyyən olaraq qalır. Ukrayna tərəfi baş verənləri ehtiyatla şərh edərkən, əldə edilən uğurlar da göz önündədir. Ukrayna əsgərlərinin öz bayraqlarını qaldırması, Rusiya hərbi texnikasının yandırılması ilə bağlı videolar, Rusiyanın millətçi dairələri və rəsmilərinin qəzəbi diqqətdən yayınmır.

“Ukrayna möhkəm mövqe qazanıb. Bundan istifadə oluna bilən zəif cəhətləri tapmaq və Rusiyanın arxa tərəfinə dərin zərbələr endirə biləcək artilleriya sistemlərini yerləşdirmək üçün kəşfiyyat qrupları göndərmək üçün istifadə edirlər”, - nəşr vurğulayır.

ABŞ-nin fikrincə, Ukraynanın işğala başlamasının səbəblərindən biri Rusiyanın Xarkovda şimal cəbhəsinə təchizat xətlərinin kəsilməsi olub.

ABŞ ordusunun istefada olan polkovniki Con Naql hesab edir ki, Ukrayna bu hücumla strateji hekayəni tamamilə dəyişib. Amma o, əməliyyatın hərbi məntiqini şübhəli hesab edir, çünki digər yerlərdə Ukrayna Silahlı Qüvvələrinin müdafiə xətləri ciddi təzyiq altındadır. Naqlın fikrincə, bu hücum Ukraynanın ən mühüm sponsoru olan və seçkilərə hazırlaşan ABŞ üçün siqnal ola bilər.

“Ukraynalılar diqqəti bu işğala cəlb etmək istəyirlər. Göstərirlər ki, ukraynalılar hələ də mübarizə aparırlar”, - amerikalı polkovnik söyləyib.

Hərbi analitik Franz-Stefan Qadi bildirib ki, Kurskun işğalının növbəti mərhələsi tərəflərin hansı ehtiyatlara malik olması və bunları necə yerləşdirməsindən asılıdır. Onun sözlərinə görə, Kiyev sürəti saxlamaq üçün əlavə işçi qüvvəsi və hərbi resursları yerləşdirməli olacaq, eyni zamanda, Rusiya tez əks-hücuma keçməyə və güclü qanadlı bombalar da daxil olmaqla üstün hərbi gücündən istifadə etməyə çalışa bilər.

Şərqdəki zabitlər bunun Rusiya qüvvələrini bu cəbhədən yayındıra biləcəyinə ümid etsələr də, Kremlin diqqəti bura yönəltmək üçün Ukraynadakı qüvvələrini Kurska köçürəcəyinə də şübhə ilə yanaşırlar.

“Hələlik heç bir dəyişiklik hiss etmirik. Ruslar şərqdən Kurska qoşun köçürmək fikrində deyil, çünki ehtiyatları var”, - Çasiv Yar yaxınlığındakı ukraynalı zabit vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər