14 Avqust 18:46
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın qərbindəki Haylerkirhen şəhərində (Şimali Reyn – Vestfaliya federal torpağı) yerləşən NATO-ya məxsus aviabaza mümkün təxribat şübhələrinə görə bağlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

Aviabaza komandanlığının nümayəndəsi kazarmaların da bağlandığını açıqlayıb. Bazanın öz su təchizatı var.

Qeyd edək ki, NATO-nun kəşfiyyat təyyarələri Haylerkirhen aviabazasında yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər