İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynin Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər zamanı “Türkiyə-İraq Birgə Planlaşdırma Qrupu”nun ilk iclası keçiriləcək. Bundan başqa iki ölkə rəsmiləri arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri ilə yanaşı, regional hadisələrin də müzakirə olunması nəzərdə tutulub.