Ukraynada hərbi xidmətə maraq göstərən qadınların sayı xeyli artıb.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin kadrlar şöbəsinin nümayəndəsi Aleksey Bejvets deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin hərbi xidmətə qəbul mərkəzlərində bütün müraciətlərin təxminən 20 faizini qadınlar təşkil edir.
Bejvets qeyd edib ki, könüllü olaraq orduya getməyə qərar vermiş qadınlara uyğun vəzifələr tapmaq vacibdir. Hərbi xidmətə müraciət edən qadınlar arasında ən çox maraq pilotsuz təyyarələr, kəşfiyyat və qərargahlardakı bölmələrədir.