23 Avqust 16:38
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları Kursk vilayətində Rusiya hərbçilərinin yerləşdikləri qadın islah koloniyasının binasına basqına başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.

Söhbət Ukrayna ilə sərhəddən 14 kilometr aralıda yerləşən Mala Lokniya kəndindəki 11 saylı islah koloniyasından gedir.

Alman nəşrinin hərbi mənbələrinin məlumatına görə, kənd demək olar, tamamilə mühasirəyə alınıb, amma ruslar hələ də koloniya ərazisində müdafiəni saxlayırlar.

Nəşr iddia edir ki, Rusiya hərbçiləri binanı “qala”ya çeviriblər, xeyli sayda qüvvə bina ətrafında möhkəmlənib, barrikadalar qurulub və gözətçi qüllələrindən atəş mövqeləri kimi istifadə edilir: “Koloniyanın mühafizəçilərinin də müdafiəyə cəlb olunması mümkündür. Binada 10-20 il müddətinə azadlıqdan məhrum edilmiş 200-dən çox qadın saxlanıla bilər”.

Məlumata görə, Ukrayna qırıcılar və “Marder” piyada döyüş maşınları ilə Rusiyanın mövqelərini atəşə tutur və gözətçi qüllələrini PUA-larla hədəfə alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər