İsrail nümayəndə heyəti girovları azad etmək üçün danışıqlar aparmağa görə Qahirəyə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib.
Danışıqların təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, avqustun 23-də Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib.