30 Avqust 00:15
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib. Növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hava döyüşü zamanı F-16 təyyarələri öz yüksək effektivliyini nümayiş etdirib. Lakin növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.

"Qəzanın səbəblərini müəyyən etmək üçün Müdafiə Nazirliyinin xüsusi komissiyası hadisə yerində işləyir", - deyə məlumatda bildirilir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər