Ukrayna prezidenti Vladimir Zelenski cəbhənin dörd istiqamətində vəziyyəti qiymətləndirib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, bu barədə "Teleqram" kanalında paylaşım edib.
Zelenski paylaşımında Donetsk Xalq Respublikasının (DXR) nəzarətində olan hissəsində və Xarkov vilayətində vəziyyəti ağır qiymətləndirib.
"Bu gün mən baş komandanla danışdım, Pokrovsk istiqamətində ən çox hücum var, Kramatorsk, Toretsk, Kupyansk istiqamətlərində də asan deyil", - Ukrayna lideri bildirib.