3 Sentyabr 18:42
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın təsis etdiyi Ukraynaya Beynəlxalq Yardım Fonduna donorlar tərəfindən 1 milyard funt sterlinqdən çox vəsait (1,3 milyard dollar) köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 3-də ölkənin müdafiə naziri Rustem Umerovun Londona səfəri zamanı Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında olan 152 mm-lik artilleriya silahları üçün 120 min mərminin alınması məqsədilə həmin fonddan 300 milyon funt sterlinqin (395 milyon dollar) ayrılması haqqında müqavilə imzalanıb.

Böyük Britaniya ilə yanaşı, Avstraliya, Danimarka, İslandiya, Litva, Niderland, Yeni Zelandiya, Norveç və İsveç də 2022-ci ildə fəaliyyətə başlayan fonda töhfə verib. Böyük Britaniyanın müdafiə naziri Con Hili R.Umerovla görüşdə Londonun hər il ikitərəfli əsasda Kiyevə 3 milyard funt sterlinq (3,9 milyard dollar) məbləğində yardım edəcəyini təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər