Livanda "Hizbullah" silahlı qruplaşmasının istifadə etdiyi cihazlarda yeni partlayışlar qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Livan News" Teleqramda paylaşım edib.
Verilən xəbərə görə, bu dəfə partlayan peycerlər deyil, "ICOM" radiolar, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.