19 Sentyabr 18:38
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qalan və Şin Betin direktoru Ronen Bara qarşı sui-qəsd məqsədi daşıyan "İran planının" qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Jerusalem Post” (JP) qəzeti İsrail kəşfiyyat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Sui-qəsd planı Aşkelon şəhərinin 73 yaşlı sakini, uzun müddət Türkiyədə yaşayan Moti Makman kimi tanınan israilli iş adamı və iranlı şəxslər tərəfindən hazırlanıb” - nəşr qeyd edib.

Qeyd edilib ki, 73 yaşlı Makman aldadılaraq İrana aparılıb. Daha sonra, guya onu İranın xüsusi xidmət orqanlarının nümayəndələri qarşılayıb. İranlı şəxslər ona sui-qəsdin təşkil edilməsi işini təklif edib. Bunun üçün 73 yaşlı israilli bir milyon dollar istəyib. Cinayətkarların axtarışı, agentlərin cəlb edilməsi və silahların daşınması üzrə ilkin fəaliyyətlərə görə o, beş min avro alıb.


Müəllif: Arzu

Oxşar xəbərlər