20 Sentyabr 23:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatı İsrail və Livanı münaqişəni dərhal de-eskalasiya etməyə çağırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinq zamanı deyib.

"Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq" - nümayəndə deyib.

Qeyd edək ki, İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.


Müəllif: Arzu

Oxşar xəbərlər