İraq şiə İslam Müqavimətinin radikal qrupları İsrailə raket və PUA-la hücum edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İslam Müqaviməti məlumat yayıb.
Məlumatda deyilir ki, İsrailə aid ərazilərin məhv edilməsi əməliyyatları artan sürətlə davam edir.
İraqdakı İslami Müqavimət Təşkilatına görə, onun döyüşçüləri İordaniya vadisindəki “işğal olunmuş ərazilərdə mühüm hədəfə” hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə ediblər. Bundan əlavə, İsrailin şimalına uzaqmənzilli Əl-Ərqab raketləri atılıb.
İsrail Müdafiə Qüvvələri (IDF) yaydığı məlumatda deyilir ki, İraq ərazisindən şübhəli hava hədəflərinin gəldiyini, ancaq onların məhv edildiyi bildirilib.