PKK terror təşkilatına dəstəyini davam etdirən ABŞ bu dəfə Suriyadakı düşərgələrdə terrorçulara kompüter, proqram təminatı və elektron avadanlıqlar üzə təlim keçməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, təlimləri başa çatan PKK üzvlərinin İraq üzərindən Türkiyəyə dönərək şəhərlərdə təşkilatlanma işində istifadə edilməsi hədəflənir:
“Sərhəddə keçirilən əməliyyatların bitirdiyi PKK terror təşkilatı şəhərlərdəki strukturlarını canlandırmaq üçün hərəkətə keçib. PKK rəhbərliyi bundan öncə şəhərlərdəki təşkilat üzvlərinə “Türkiyə daxilindəki hərəkətlərinizdə kiber iz buraxmayın” təlimatı verib. PKK liderləri bu dəfə Suriyada ABŞ-ın nəzarətində olan bölgələrdə YPG üzvlərinə təlim keçməyə başlayıb.
Türkiyə daxilində sərbəst hərəkət edə və təşkilat üzvlərinə təlim vermək üçün yer tapa bilməyən PKK yeni strategiya hazırlayıb. Türkiyədə heç bir cinayətdə iştirak etməyən və dosyeləri bu baxımdan “təmiz” olan YPG yaraqlıları təlim üçün İraq üzərindən Suriyaya göndəriləcək. Buradakı terror düşərgələrinə aparılacaq YPG terrorçularına ABŞ tərəfindən kompüter texnologiyaları, proqram təminatı və elektron avadanlıqlar üzrə texnoloji təlimlər veriləcəyi məlum olub.
Təlimdən keçən terrorçuların yenidən İraq üzərindən Türkiyəyə qayıdaraq YPG adına fəaliyyət göstərəcəkləri müəyyən edilib”.