Çox güman ki, Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Amerikalı analitiklərin fikrincə, Uqledarın işğalı hücum əməliyyatlarının gedişatını kökündən dəyişməyəcək, çünki şəhər mühüm logistika mərkəzi deyil.
Son geolokasiya kadrları göstərir ki, Rusiya hərbçiləri Uqledarın müxtəlif yerlərində bayraq qaldırıblar. Dünən Rusiya mənbələri şəhərin ələ keçirildiyini yazıblar.
Ukrayna qoşunlarının bir hissəsi mühasirəyə düşməmək üçün Uqledardan planlı şəkildə geri çəkilib. ISW bildirir ki, ruslar şəhəri 2.5 illik uğursuz hücumlardan sonra ələ keçiriblər.
ABŞ institutu iddia edir ki, Uqledarın ələ keçirilməsi cəbhəni dağıtmayacaq.