"İsrailin BMT-nin baş katibi Antonio Quterreşi persona non qrata elan etməsinə baxmayaraq, BMT İsraillə müxtəlif səviyyələrdə əlaqələri davam etdirir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT İsraillə əməliyyat və digər səviyyələrdə əlaqə saxlamağa davam edir, çünki bunu etmək bizim üçün vacib və zəruridir”, - BMT-nin nümayəndəsi bildirib.
Qeyd edək ki, oktyabrın 2-də günortadan sonra İsrailin xarici işlər naziri İsrail Antonio Quterreşi persona non qrata elan edib.