İsrail Suriyada Livanın "Hizbullah" hərəkatının hərbi qanadının üzvü Əzəm Cahutu öldürdüyünü elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 9-da İsrail aviasiyası Suriyanın Quneytra şəhəri ərazisində yerləşən Cahuta hücum edib. Cahut Qolan təpələrində yerli "Hizbullah" təşkilatının tərkibində fəaliyyət göstərib.
O, "Hizbullah" hərəkatını Suriya hakimiyyətinə yaxın mənbələrdən kəşfiyyat məlumatları ilə təmin etdiyi deyilir