08:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi ölkənin şərqində qəzaya uğrayıb, pilot katapult edə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli “CNN Brasil” telekanalı ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə Rio-Qrandi-du-Norti ştatının Natal bölgəsindəki bir neçə yaşayış binasının yaxınlığındakı meşəlik əraziyə düşüb.

"F-5M modelinə malik təyyarə təlim uçuşu həyata keçirib. Texniki problemləri görən pilot təyyarəni yaşayış olmayan əraziyə göndərib və uğurla katapult etdi. O, sağ tapılıb", - telekanal bildirib.

Telekanal əlavə edib ki, qırıcı təyyarənin düşməsindən sonra yanğın başlayıb. Qəza nəticəsində xəsarət alanlar barədə hələ məlumat yoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər