22 Oktyabr 23:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti səfərbərliyin gücləndirilməsi kampaniyası çərçivəsində 4 mindən çox əlillik müraciətini uydurma hesab edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidməti rəhbəri Vasili Malyuk deyib.

“Əlilliklə bağlı qondarma sənədlər əsasında verilmiş 4106 rəy ləğv edilib”, - Malyuk qeyd edib.

Kəşfiyyat xidməti yoxlamalar nəticəsində saxta tibbi arayışların satışı ilə məşğul olan 8 mütəşəkkil dəstənin fəaliyyətini aşkar edib. Həbs edilənlər var.


Müəllif: Arzu

Oxşar xəbərlər