08:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 23-də Tbilisidə seçki öncəsi aksiya keçirəcək.

Teleqraf.com xəbər verir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində açıq havada keçiriləcək tədbirdə yüz mindən çox insanın iştirakı gözlənilir.

Aksiyada partiyanın üzvləri və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı, regionlardan gələcək insanlar da iştirak edəcəklər.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tədbirlə əlaqədar olaraq Tbilisidə bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər