27 Noyabr 23:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloq onun administrasiyasında Ukrayna üzrə xüsusi elçi olacaq.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.

“Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!”, - Tramp qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər