Ukrayna Avropa Komissiyasının, mandatı beş il davam edəcək yeni tərkibinin fəaliyyəti dövründə Avropa İttifaqına (Aİ) üzv ola biləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.
Dövlət başçısı Prezident Ursula Fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibinin Avropa Parlamenti tərəfindən təsdiqini alqışlayıb.
Zelenski Avropa Komissiyasının yeni tərkibinə vahid Avropanın möhkəmləndirilməsində və Aİ-nin qlobal lider kimi rolunun gücləndirilməsində uğurlar arzulayıb. O, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı əsas məsələlər üzrə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.