01:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynanı Silahlı Qüvvələrdə hərbi qüvvə çatışmazlığına görə hərbi çağırış yaşını 25-dən 18-ə endirməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən bildirib.

“Ukrayna öz hərbi qüvvələri üçün çağırış yaşını 18-ə endirməyi nəzərdən keçirməlidir. Səfərbərlik döyüş meydanındakı durumu əhəmiyyətli dərəcədə dəyişə bilər. Ruslar şərqdə davamlı irəliləyiş əldə edirlər və Kursk vilayətində Ukrayna mövqelərini sıxışdırmağa başlayıblar... Bu gün döyüş meydanına baxsaq, səfərbərlik və əlavə işçi qüvvəsi hazırda əhəmiyyətli rol oynaya bilər”, – mənbə bildirib.

Xatırladaq ki, apreldə Ukrayna lideri Volodimir Zelenski Ukraynada səfərbərlik yaşının 27-dən 25-ə endirilməsi haqqında qanunu imzalayıb. Avqustda Ali Rada səfərbərlik yaşının azaldılmasının planlaşdırılmadığını təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər