20 Dekabr 16:20
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu həbs edilmə ehtimalı səbəbindən gələn ay Auşvitz nasist konsentrasiya düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə əlaqədar Polşaya getməyəcək.

Teleqraf.com xəbər verir ki, tədbir yanvarın 27-də keçiriləcək Beynəlxalq Holokostu Anma Gününə planlaşdırılıb.

Polşanın “Reçpospolita” nəşrinin məlumatına görə, İsrail rəsmiləri tədbirdə iştirak üçün Varşava ilə əlaqə saxlamayıblar. Səfərin baş tutmaması Polşanın Qəzzada mümkün müharibə cinayətləri ilə bağlı Beynəlxalq Cinayətlər Məhkəməsinin Netanyahunun həbsinə dair orderinə əməl edəcəyi ilə bağlı mövqeyi ilə əlaqəlidir.

Məlumatda həmçinin deyilir ki, Prezident İshaq Hersoq da tədbirdə iştirak etməyi planlaşdırmır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər