Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu məlumat verib.
Onun sözlərinə görə, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat bununla yanaşı, Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.
Burhan Koroğlu qeyd edib ki, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.