Türkiyənin Muğla şəhərində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter boş əraziyə düşüb.
Teleqraf.com Anadaolu agnetliyinə istinadla xəbər verir ki, daha sonra helikopter boş sahəyə çırpılıb.
Qəza yerinə xilasetmə və polis qrupları cəlb olunub.
Məlumatlarda hadisə nəticəsində həyatını itirənlərin olduğu qeyd edilir. Onlardan ikisinin pilot, birinin həkim, digərinin isə tibb müəssisəsinin işçisi olduğu bildirilir.
Xəsarət alanlar barədə hələki məlumat yoxdur.
Qeyd edək ki, helikopter Türkiyə Səhiyyə Nazirliyinin balansında olub.