Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə Balıkəsir vilayətində baş vermiş partlayışla bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, başsağlığı sözləri XİN-nin “X” hesabında paylaşılıb.
Türkiyə XİN-ə ünvanlanan başsağlığında faciəvi şəkildə həlak olanlarla bağlı kədər ifadə olunub.
“Həlak olanların ailələrinə və Türkiyə xalqına hüznlə başsağlığı veririrk, yaralıların tezliklə sağalmasını diləyirik. Gürcüstan strateji tərəfdaşı olan Türkiyə ilə həmrəydir”, - başsağlığında deyilir.
Qeyd edək ki, Türkiyənin Balıkəsir vilayətinin Kavaklı kəndində sursat və partlayıcı maddələrin istehsal edildiyi zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.