24 Dekabr 22:27
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “qisas zərbəsi” kimi Yeni il günü Ukraynaya “Oreşnik” raketləri ilə hücum edə bilər.

Teleqraf.com "News.ru"ya istinadən xəbər verir ki, bunu hərbi ekspert Anatoli Matıviyçuk deyib.

"Rusiya onları elə vəziyyətə sala bilər ki, onlar hərbi əməliyyatları davam etdirmək və ya sülh əldə etmək üçün səy göstərmək barədə qərar verməli olacaqlar. Güman edirəm ki, biz Kiyev və Lvovdakı qərar qəbuletmə mərkəzlərinə , enerji obyektlərinə və hərbi sənaye kompleksinə zərbələr endirəcəyik" - ekspert deyib.


Müəllif: Arzu

Oxşar xəbərlər