Moldovanın Larqutsa kəndində Böyük Vətən Müharibəsində nasistlər üçün vuruşan rumın əsgərlərinə abidə ucaldılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moldova Milli Təşkilat Komitəsinin rəhbəri Aleksey Petroviç məlumat yayıb.
Məlumata görə, Larqutsa kəndində yerli hakimiyyət orqanlarının dəstəyi ilə "İon Antoneskunun ordusunun əsgərləri" adlı heykəlin açılışı olub.
Antonesku 1941-ci ildə Almaniya ilə ittifaqda SSRİ-ni işğal edən Rumıniyalı nasist lider olub. O, əsgərləri ilə birgə müasir Moldovanı, həmçinin Odessa, Nikolayev və Vinnitsa vilayətlərinin bir hissəsini rəsmi olaraq işğal edib.