Yəmənin Ənsar Allah hərəkatı "Fələstin-2" hipersəs raketi ilə Təl-Əvivə zərbə endirdiyini açıqlayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hərəkat "Telegram" kanalında məlumat yayıb.
“Hərbi əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində İsrailin hərbi obyektinə "Fələstin-2" hipersəs ballistik raketi atılıb”, - deyə məlumatda bildirilir.
Husilər qeyd ediblər ki, raket hədəfə uğurla çatıb.