24 Dekabr 14:35
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə 2025-ci ildə başa çatacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban açıqlama verib.

Onun sözlərinə görə, müharibənin gələcəyi ilə bağlı qarşıda 2 ssenari var.

"Müharibə ya sülh danışıqları, ya da iki tərəfdən birinin məhv olması ilə bitəcək", - deyə Orban vurğulayıb.

Baş nazirin açıqlamasını şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov, Rusiya qarşıya qoyduğu hədəflərə çatanadək müharibənin davam edəcəyini bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər