Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə minimum əmək haqqını 30 % artırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkəsində paylaşım edib.
“2025-ci ildə minimum əmək haqqı 30% artımla xalis 22 104 türk lirəsi olacaq. Qoy bu, ölkəmiz və xalqımız üçün faydalı olsun”, – Ərdoğan paylaşımda bildirib.
Türkiyədə minimum əmək haqqı indi 628 dollar olacaq. 2023-cü ildə Türkiyədə minimum əmək haqqı 49%-ə yüksəldi.