Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində naməlum şəxslər Hindistan konsulluğunun əməkdaşına hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstanın "Ariana News" telekanalı Nanqarhar polisinin mətbuat katibinə istinadən məlumat yayıb.
Hücuma məruz qalan şəxs əfqandır. O, Hindistan konsulluğunda tərcüməçi işləyir. Zərərçəkənin sağlamlıq vəziyyətinin necə olduğu dəqiq məlum deyil.
Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır.
Qətərin “Əl-Cəzirə” telekanalı mənbəyə istinadən xəbər verib ki, Cəlalabadda naməlum şəxslər Hindistan konsulluğuna məxsus avtomobili partladıblar. Telekanalın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Ölən şəxs haqqında məlumat verilmir.