24 Dekabr 17:33
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz kiməsə avtomobil hədiyyə etməmişik. Yarışda reklam edilən avtomobil nağd satılıb".

Bunu Teleqraf.com-a açıqlamasında “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək, əxlaqsızlığı təbliğ edən şəxslərə avtomobil bağışlayan “Legend Motors”un avtosalonunun direktoru Rəşad Əliyev bildirib.

O, avtomobilin yarışı təşkil edənlərə müəyyən endirimlə satıldığını söyləyib.

Endirimin məbləğini, alqı-satqının kiminlə aparıldığını açıqlamaq istəməyən R.Əliyev bunların kommersiya sirri olduğunu deyib: "Endirimin müqabilində “Legend Motors”un reklam olunması razılaşdırılıb".

O ki qaldı əxlaqsızlığı təbliğ edən yarışda şirkətin reklamının marketinq baxımından nə dərəcədə doğru olmasına? R.Əliyev yarışı izləmədiklərini vurğulayıb: "Bu əməkdaşlıqda təşəbbüskar elə yarış təşkilatçılarının özləri olublar".

R.Əliyev söyləyib ki, şirkət yarışı təşkil edənlərə “ZEEKR X” avtomobilini satıb. Bu avtomobilin bazar qiyməti 35 500 dollardır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı tədbirlər görüb. Qurumun məlumatına görə, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

"Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir”, - nazirliyin ötən gün yaydığı məlumatda bildirilib.


Müəllif: İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər