24 Dekabr 23:00
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransına dəvət alan alman jurnalistə qadağa qoyulub.

Teleqraf.com xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsi zamanı Mariya Zaxarova deyib.

"Mətbuat konfransına dəvət alan alman jurnalist sonradan işlədiyi orqanın iştirak üçün icazə vermədiyini dedi" - Zaxarova bildirib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi bundan başqa mətbuat konfransına gəlməyəcək digər jurnalistlərin “Milad bayram"nı bəhanə etdiyini deyib.

"Rusiyalı jurnalistlərin işi bayramlardan asılı deyil" - o, bildirib.

Lavrovun mətbuat konfransı dekabrın 26-da baş tutacaq. Burada həm rusiyalı, həm də xarici jurnalistlər iştirak edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər