Suriyanın yeni hakimiyyəti rəsmi olaraq katolik Milad bayramını ölkədə istirahət günü elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Watan” qəzeti məlumat yayıb.
Məlumata görə, dövlət qulluqçuları dekabrın 25 və 26-da istirahət edəcəklər. Bayram günləri yalnız fəaliyyəti zəruri olan qurumlar və ixtisaslaşdırılmış idarələr işləyəcəklər.