01:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzv ölkələr Avropa Kosmik Agentliyinin (ESA) büdcəsini azaldıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “European Spaceflight” nəşri məlumat yayıb.

2024-cü ildə Avropa Kosmik Agentliyinin büdcəsi 7,79 milyard idisə, 2025-ci ildə bu, 7,68 milyard təşkil edir. Əmanətlərin ən böyük azalması Almaniyada ( 1,17 milyard avrodan 951,6 milyon avroya), İtaliyada (881,2-dən 800 milyona) və Böyük Britaniyada (448,9-dan 320 milyona) baş verib.

Polşa (47,7 milyondan 193,4 milyona), İsveçrə (118,2 milyondan 198,4 milyona) və Fransa (1,05 milyondan 1,07 milyarda)Avropa Kosmik Agentliyinə töhfələrini ən çox artırıb .


Müəllif: Arzu

Oxşar xəbərlər