09:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti Rusiyadan yanacaq tədarükü dayandırılacağı təqdirdə TAL transalp kəmərinin qərb marşrutu və ona qoşulan IKL kəməri ilə neft tədarükünə tam keçməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala açıqlama verib.

Siyasətçinin fikrincə, TAL-ın imkanlarının artırılması ölkəsini əlavə olaraq dörd milyon ton neftlə təmin edəcək.

Nəticədə ölkə ildə səkkiz milyon tona qədər karbohidrogen idxal edə və öz tələbatını tam ödəyə biləcək.

Çexiya daha əvvəl 2025-ci ildə Rusiyadan tədarükün dayandırılacağını açıqlamışdı.

Qeyd edək ki, Macarıstan və Slovakiya ilə yanaşı, Çexiya da Rusiya neftini Aİ-nin sanksiyalarına məruz qalmayan Drujba neft kəmərinin cənub qolu vasitəsilə alır.

Ötən həftə Ukraynanın Baş naziri Deniş Şmıqal Rusiya neftinin Drujba neft kəməri ilə Avropaya tranzitini dayandırmaq planlarının olmadığını diqqətə çatdırıb.

O, belə bir addımın Avropa İttifaqı ilə razılaşmaların pozulmasına səbəb olacağını bildirib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər