15 Yanvar 23:28
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Trampın komandası hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün bütün tərəflərdən güzəştlər tələb olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Senatdakı dinləmələrdə dövlət katibi vəzifəsinə iddiaçı Marko Rubio deyib.

“Düşünürəm ki, ABŞ-nin rəsmi siyasəti ondan ibarət olmalıdır ki, biz müharibənin dayandırılmasını istəyirik. Bunun üçün ümumi plan necə görünəcək? Bu, çətin olacaq. Bu, asan olmayacaq. Ümid edirəm ki, bu, hansısa atəşkəslə başlaya bilər. Ukraynada əldə edilməli olan məqsədlərə nail olmaq üçün hər kəsin realizm nümayiş etdirməsi vacibdir. Həm Rusiya, həm də Ukrayna tərəfindən güzəştlər olmalıdır. Bu işdə hər iki tərəfdə müəyyən balansın olması da vacibdir", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər