İsrail ordusu Qəzza zolağında saxlanılan və yaxın vaxtlarda azad ediləcək girovların qəbulu üçün hazırlıqlara başladığını rəsmən elan edib.
Teleqraf.com xəbər verir ki, girovların qaytarılması üzrə hazırlıq fəaliyyətinin adı “Azadlıq qanadları”dır.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, danışıqlarda həll olunmamış məsələlər var və İsrail tərəfi onları bir gecədə həll etməyə ümid edir.