27 Fevral 2015 15:18
2 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzeti “Cihadçı Con” ləqəbiylə tanınan və ötən gün şəxsiyyəti müəyyən edilə İŞİD döyüşçüsü Məhəmməd Emvazinin uşaqlıq şəkilini nəşr edib.

İngilis mətbuatında geniş əks-səda yaradan xəbərdə “Necə olur ki, bir taksi sürücüsünün oğlu dünyanın ən qatı qatili, İŞİD-in cəlladına çevrilib" deyə sual edilib.

Küveytdə doğulan Emvazinin altı yaşındaykən Londona gəldiyi bildirilib. O, Londonun qərbində böyüyüb. Emvazinin məktəb yoldaşları ilə əlaqə saxlayan qəzetə onun “sakit, məşhur və futbolla maraqlanan bir uşaq olduğu" deyilib.

Müəllimləri isə “çalışqan bir şagirddən gözlədiyin hər şey onda var idi” deyib. Küveytli mikroavtobus sürücüsü oğlu olan Emvazi 1993-ci ildə ailəsiylə birlikdə İngiltərəyə gəldikdə ingiliscə yalnız bir neçə söz bilirmiş.

Mətbuatda yayılan xəbərə görə, ailə polisə oğullarının itkin düşdüyünü bildirib. Təhlükəsizlik əməkdaşları isə onun Suriyada olduğunu deyəndə ailənin şok keçirdiyi deyilir.

“Guardian” isə Emvazinin 2009-dan bu yana Mİ5-in nəzarətində olduğunu yazıb.

2012-ci ilə qədər Emvazi ilə təmasda olan İngiltərə insan hüquqları qrupu “Cage”in müdiri Asim Qureşi “Washington Post”a verdiyi açıqlamasında bildrib ki, Emvazi Mİ5-in ona agentlik təklifi etdiyini deyib.

Emvazi universitetdən məzun olandan sonra - 2009-cu ildə iki dostu ilə Tanzaniyaya səyahətə gedib. Ancaq geri qayıdanda sərhəddə nəzarətə alınıb və Britaniyadan deportasiya edilib. O, geri qayıdarkən Amsterdamda Mİ5 tərəfindən də sorğulanıb. Emvazinin iddiasına görə, Mİ5 ona agentlik təklif edib. Təklifi rədd edən Emvazi Küveytdə kompüter şirkətində iş qəbul olub.

Evlilikdən əvvəl 2010-ci ilin iyun ayında vətəndaşı olduğu İngiltərəyə qayıdan Emvazi Londonda terrorla mübarizə qrupları tərəfindən həbs edilib.

Qureşi “Cihadçı Con” ilə son olaraq 2012-ci ilin yanvar ayında e-mail vasitəsi ilə əlaqə saxladığını bildirib. O, Emvazinin öz vəziyyətini həll etmək üçün dövlətin bir çox qururmuna müraciət etdiyini, ancaq səlahiyyətlilərin onu “cinayətə cəlb etməyə” çalışdığını bildirib.

Emvazi amerikalı juranlist Ceyms Foley, Steven Sotlof, britaniyalı yardım işçisi Devid Haynes, britaniyalı taksi sürücüsü Alan Henninq və amerikalı yardım işçisi Abdul-Rahman Kassiqin başlarını da kəsib.

Yaponiyalı girovlar Haruna Yukava və Kenji Gotonu da Məhəmməd Emvazi edam edib.

Rüstəm


Müəllif: