Bu gün Boris Nemtsovun xatirəsinə həsr olunmuş matəm marşında iştirak etmək üçün Ukraynadan gəlmiş Ali Rada deputatı Aleksey Qonçarenko Moskva polisi tərəfindən saxlanılıb. "Petro Poroşenko bloku"ndan olan deputat özü bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Qonçarenko qeyd edib ki, onu yürüşdə iştirak edərkən saxlayıblar: "Polis məni saxladı. Barmaqlıqlı maşına apardılar, pasportumu aldılar. Sonra pasportu qaytardılar, maşından çıxardılar, vurdular. İndi maşının yanında saxlayıblar, buraxmırlar. Mən heç bir şüar qışqırmamışam, plakat, bayraq daşımamışam - məni sadəcə geydiyim köynəyə görə saxlayıblar. İndi polis bölməsinə aparırlar".
Paytaxt polisi bu xəbəri təsdiqləyib, ancaq ukraynalı deputanın saxlanılmasının səbəbini deməyiblər. Eyni zamanda İnterfaks agentliyinin mənbəsi xəbər verib ki, deputat ötən ilin nay ayında Odessada baş verən hadisələrlə bağlı açılmış cinayət işində Rusiyada fiqurant ola bilər.
Hazırda Qonçarenko polis bölməsindədir və onun burada olduğunu əks ertdirən fotolar sosial şəbəkədə yayılıb.