2 Mart 2015 17:07
2 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə məktəb avtobusunun 25 yaşlı sürücüsü 12 yaşlı məktəbli qıza təcavüz etdiyi üçün həbs olunub.

Teleqraf.com xəbər verir ki, hadisə ötən həftə Kayserinin Pınarbaşı məhəlləsində baş verib. 25 yaşlı S.D-nin avtobusda tək qalan 12 yaşlı qıza təcavüz etməsi uşağın hadisəni müəlliməsinə danışmasından sonra məlum olub.

Müəllimlərin etdiyi şikayətdən sonra 25 yaşlı sürücü S.D polis tərəfindən həbs edilib.

Ötən gün çıxarıldığı məhkəmədə isə günahı sübuta yetirilən gənc həbsxanaya göndərilib.

Rüstəm


Müəllif: