Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlini birbaşa icra edən şəxs böyük ehtimalla Zaur Dadayev olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın "İnterfax" agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
"Lakin qətlin törədildiyi silah tapılandan sonra, bu barədə tam əminliklə danışmaq olar", - deyə mənbə qeyd edib.
Bildirilir ki, Z. Dadayev istintaq ilə "könülsüz danışır". "Dadayevin azsaylı ifadələrindən belə çıxır ki, qətlin təşkilatçısı məhz o olub. Bundan başqa, hüquq-mühafizə orqanları şübhəli şəxs qismində saxlanılan şəxslərin xarici əlaqələri üzə çıxıb. Məhz buna görə, qətldə xarici izin olması versiyası ilə bağlı da araşdırma aparılır", - deyə mənbə əlavə edib.