ABŞ prezidenti Barak Obama İrana xəbərdarlıq edən 47 respublikaçı senatoru tənqid edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Obama bu barədə keçirdiyi məbuat konfransında danışıb. Onun sözlərinə görə, respublikaçıların bu addımı ironikdir, çünki onlar özlərini İrandakı sərt rejim tərəfdarları ilə eyni vəziyyətə qoymaq istədiklərini göstərirlər. Obama bunu qeyri-adi koalisiya adlandırıb.
İranın xarici işlər naziri Cavad Zərif də respublikaçıların məktubunu tənqid edərək bildirib ki, bunun heç bir hüquqi dəyəri yoxdur və təbliğat xarakteri daşıyır.
Qeyd edək ki, senatorun xəbərdarlığında Obama ilə hər hansı nüvə razılığı 2017-ci ildə onun hakimiyyətdən gedənədək qüvvədə qalacağı deyilib.
Samir