11 Mart 2015 16:24
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Krımda nüvə silahı yerləşdirə bilər.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Ulyanov açıqlama verib. Onun sözlərinə görə, Rusiya bu hüquqa malikdir: “Sizin üçün bu Ukraynanın, mənim üçün isə Rusiyanın bir hissəsidir. Rus diplomatı kimi deyə bilərəm ki, Rusiya lazım gəldiyi təqdirdə öz sərhədləri daxilində istənilən bölgədə nüvə silahı yerləşdirə bilər. Buna Rusiyanın tam hüququ çatır”.

O, əlavə edib ki, hazırda Krımda nüvə silahının olub-olmaması ilə bağlı heç bir məlumatı yoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər