Bu gecə Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
ANS PRESS-in məlumatına görə, Kamçatka sahillərində neydana gələn zəlzələ Rixter şkalası ilə 5,2 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 221 km şimal-şərqdə, ocağı isə yerin 40,0 km dərinliyində yerləşib.
"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur" - deyə Rusiya FHN-i vurğulayıb.