26 Mart 2015 14:35
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yəmənə endirilmiş hava zərbələri nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət nümayəndələri bildiriblər.

"Sputnik" agentliyi yerli məmurdan sitat gətirir: "Sənanın şimalında və Saaddakı yaşayış məntəqələrinə endirilmiş aviazərbələr nəticəsində 65 nəfər ölüb".

Qeyd edək ki, Yəməndə regionun bir sıra ölkələrinin iştirak etdiyi beynəlxalq hərbi əməliyyat başlayıb. Hazırda aviazərbələrin paytaxt Sənanın hava limanına və bir neçə hərbi obyektə endirildiyi məlumdur.


Müəllif:

Oxşar xəbərlər