Moskvada Suriya hökuməti və müxalifətin iştirak etdiyi ikinci sammit öz işinə başlayıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, "Suriya Böhranı Məşvərət Toplantısı" kimi tanınan danışıqların ikincisi hissəsi aprelin 9-dək davam edəcək.
Demokratik Dəyişiklik Üçün Milli Koordinasiya Şurasının Sədri Həsən Əbd-Əzim və kürd nümayəndələrinin tədbirdə iştirakı gözlənilir.
Qeyd edək ki, Moskvada ilk görüş yanvar 26-29-da keçirilib. Toplantının sonunda “Moskva prinsipləri” adlı yekun bəyannamə qəbul edilib.
Samir