8 Aprel 2015 11:16
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qaziantep bölgəsində 7 Rusiya vətəndaşı saxlanılıb.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, həmin şəxslərin Suriya ilə sərhədi qeyri-qanuni yolla keçməyə cəhd göstərdiyi üçün həbs edildiyi bildirilib.

Araşdırmalar zamanı onların İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qoşulmaq üçün bu addımı atdığı məlum olub.

Türkiyəli rəsmilər isə bu günə qədər ümumilikdə 59 Rusiya vətəndaşının bu məqsədlə sərhədi keçməyə cəhd göstərdiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər